Adı smart, özü xarab dayanacaqlar

21 İyun 2025 14:24

Smart pavilyonlar istidə sərinlik axtaran sərnişinlər üçün nəzərdə tutulsa da, bəzi dayanacaqlar bu funksiyanı yerinə yetirə bilmir. Sərin və rahat gözləmə şəraiti vəd edən bu pavilyonlarda indi vəziyyət əksinədir. Kondisioner işlək olsa da içəridə havalandırma zəifdir. Buna görə də sərnişinlər içəridə oturmağı yox, çöldə günün altında gözləməyi seçirlər. 

Bəs dayanacaqlar niyə bu gündədir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı aidiyyatı qurum AYNA-dan bildirildi ki, smart dayanacaqlarla bağlı mütəmadi monitorinqlər aparılır:

"Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Onların sayının artırılması ilə bağlı isə yaxın gələcəkdə nəzərdə tutulmayıb". 

Aysel Əkbər
Milli.Az