Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Çin, Belçika, Niderland və Litvada diplomatik nümayəndəliklərə yeni səfirlər təyin edilib.
Milli.Az xəbər verir ki, qərara əsasən: Çin Xalq Respublikasına - Səlcuq Ünal, Belçikaya - Görkem Barış Tantekin, Litvaya - Esra Toplu ,Niderlanda - Fatma Ceren Yazqan təyin olunub.
Yeni təyinatların Türkiyənin xarici siyasətində dinamizm və effektiv diplomatik əlaqələrin qurulması baxımından əhəmiyyət daşıdığı bildirilir.
Milli.Az