Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatmasının yeganə yolu danışıqlar və razılaşmadır.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus bəyanat verib. Onun sözlərinə görə, Vaşinqton Moskva və Kiyev arasında aparılan danışıqları yaxından izləyir və prosesdən kənarda qalmır.
"Bu münaqişənin sona çatmasının yeganə yolu - iki tərəfin masa arxasında oturaraq razılığa gəlməsidir", - deyə Bryus bildirib.
Temmi Bryus əlavə edib ki, ABŞ-ın bu məsələ ilə bağlı qərarlarını yalnız Prezident Donald Tramp verir və bütün proseslər onun nəzarətində həyata keçirilir.
Milli.Az