Türkiyəli sosial media fenomeni və "Bu Tarz Benim" proqramının keçmiş iştirakçısı Nihal Candan bu gecə vəfat edib.
20 yaşlı Candan uzun müddət anoreksiya nervoza xəstəliyi ilə mübarizə aparırdı və çəkisi 23 kiloqrama qədər düşmüşdü. Dərhal xəstəxanaya yerləşdirilsə də, intensiv terapiya zamanı iki dəfə ürəyi dayanıb və sonda bərpa edilə bilməyib.
Onun ölümünü yaxın dostları, o cümlədən modacı Pınar Kerimoğlu və sosial media influenseri Sıla Doğu təsdiqləyib.
Qeyd edək ki, Candan və bacısı Bahar Candan 2023-cü ilin noyabrında "dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları ilə həbs olunmuşdular, sonradan müalicə məqsədilə azadlığa buraxılmışdılar.
Milli.Az