Bakıda qadın işdə öldü

20 İyun 2025 17:10

Bakıda qadın iş yerində ölüb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dondurma sexində qeydə alınıb.

Həmin sexdə satıcı-operator işləyən, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova iş vaxtı işemik insult keçirib. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az