18:49
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
--------------
15:38
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.
-------
15:19
Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Milli.Az