Türkiyəli tanınmış aktyor və aparıcı Oktay Kaynarca qonaq olduğu proqramda şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Milli.Az xəbər verir ki, hazırda "Kim Milyoner Olmak İster?" intellektual yarışmasının aparıcısı olan Kaynarca ailə və övlad sahibi olma mövzusunda düşüncələrini bölüşüb.
"Məncə, evlənmək, uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir, bu, qabaqcadan görülməli bir işdir. Övladlarım olsaydı, deyərdim ki, 20 yaşında evlənsinlər, övlad sahibi olsunlar. Təbii ki, indi ata olmaq baxımından bir az geridəyik. Hələ də övlad sahibi olmaq istəyirəm. Bugünkü ağlım olsaydı, çox uşağım olardı. Yəqin ki, 5-6 övladım olardı".
Səmimi açıqlamaları ilə diqqət çəkən aktyor ailə qurma və valideynlik məsələsinin şəxsi inkişaf qədər önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, Kaynarca son illərdə yalnız aktyor kimi deyil, həm də aparıcı və prodüser kimi fəaliyyəti ilə diqqət çəkir. Onun "Kim Milyoner Olmak İster?" verilişindəki performansı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
Xatırladaq ki, Kaynarca 2012-ci ildə Melek Angun ilə ailə qurub. Xoşbəxtlikləri qısa sürən cütlük 2013-cü ildə boşanıb.
Milli.Az