Xəzər dənizində nüvə təhlükəsi var.
Milli.Az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 19-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
Zaxarovanın sözlərinə görə, Moskva İran və İsrail arasında artan gərginliyin danışıqlar yolu ilə həll olunmasına çalışır və bu istiqamətdə bütün diplomatik imkanlardan istifadə edir.
"Hazırda biz bu gərginliyin siyasi dialoq çərçivəsinə yönəlməsi üçün bütün imkanlarımızı səfərbər etmişik. Çünki anlayırıq ki, bu, təkcə İranla bağlı deyil - söhbət Xəzər dənizi regionundan gedir. Xəzər yalnız İranın deyil, həm də Rusiyanın və digər sahilyanı ölkələrin ortaq bölgəsidir. Bu səbəbdən baş verənlər birbaşa olaraq bizi də narahat edir", - deyə Zaxarova bildirib.
O, əlavə edib ki, İsrailin digər su hövzələrinə çıxışı olduğundan, onun yerləşdiyi coğrafiya bir qədər fərqlidir və bu region müxtəlif ölkələrlə həmsərhəddir.
"Fukusimada baş verən qəzanı xatırlayaq. Bu, lokal xarakterli olsa da, ciddi nəticələr doğurmuşdu. Halbuki Yaponiya həmin hadisəni nəzarətdə saxlamaq üçün tam texniki imkanlara malik idi", - deyə diplomat əlavə edib.
Fidan
Milli.Az