"Klon"un aktyoru vəfat etdi - FOTO

20 İyun 2025 14:14

Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, məşhur sənətçi São Pauloda yerləşən Albert Eynşteyn xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, aktyor bir neçə həftədir xəstəxanada müalicə alırdı və çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, Fransisko Kuoko 60 ildən çox davam edən karyerası ərzində bir çox film və seriallarda rol alıb. "Klon", "Daş cəngəllik", "Ölümcül günah", "Yeni qurban", "Astro", "Tropikanka"nı bunlara misal çəkmək olar.Onun ölümü Braziliya mədəniyyət dünyasında böyük kədər doğurub.

Milli.Az