Netanyahu canlı yayımda danışarkən İranın vurduğu bina çökdü - VİDEO

20 İyun 2025 12:00

İsrail ilə İran arasında davam edən müharibənin səkkizinci günündə Tel-Əvivdə qeydə alınan görüntü gündəm olub.

Milli.Az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu İranla bağlı canlı yayımda açıqlama verərkən əvvəlcədən İran raketləri ilə zədələnmiş bina qəfil çöküb. Hadisə Netanyahu çıxış etdiyi anda baş verib və bu anlar kameralar tərəfindən anbaan qeydə alınıb.

Hadisə zamanı Netanyahu səsin gəldiyi istiqamətə dönərək anlıq çaşqınlıq yaşayıb. Baş nazirin gözlərindəki qorxu və gərginlik kameralara aydın şəkildə əks olunub.

Xatırladaq ki, 13 iyunda başlayan və İsrailin "Oyanan Şir", İranın isə "Həqiqi Vəd" adlandırdığı qarşılıqlı raket hücumlarında indiyədək hər iki tərəf onlarla itki verib. İsrailin zərbələri nəticəsində İran Baş Qərargah rəisi Məhəmməd Bakıri və İnqilab Keşikçiləri Komandanı Hüseyn Səlami də daxil olmaqla azı 227 nəfər həlak olub. İranın cavab hücumlarında isə Tel-Əviv, Qüds və Hayfa şəhərləri hədəfə alınıb, ən azı 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

İslam
Milli.Az