Osetiyada azərbaycanlı gənc vəfat etdi

20 İyun 2025 11:40

Rusiya Federasiyasının Şimali Osetiya Muxtar Respublikasında ağır yol qəzasına düşən azərbaycanlı gənc vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə iyunun 18-də Mozdok şəhəri yaxınlığında baş verib.

Vəfat edən şəxsin Salyan rayon sakini Tural Ağalarov olduğu qeyd olunub.

Faktla bağlı Şimali Osetiya polisi tərəfindən araşdırma aparılır.

T. Ağalarovun işləmək məqsədilə Şimali Osetiyaya getdiyi bildirilib.

Milli.Az