İran-İsrail müharibəsində ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

20 İyun 2025 11:32

Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, İsrail və İranın qarşılıqlı hücumları nəticəsində vətəndaşlarımızın həlak olması və yaralanması barədə məlumat daxil olmayıb.

Milli.Az