İtkin düşən məktəbli ilə bağlı araşdırma başlandı - RƏSMİ

20 İyun 2025 09:58

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Əhmədova Xatirə Nurlan qızının 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Milli.Az