Ulduz futbolçu təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırlaşıb? - FOTO

20 İyun 2025 09:35

"Real Madrid" komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat paylaşılıb.

"Oyunçumuz Kilian Mbappe kəskin qastroenteritdən əziyyət çəkir və bir sıra analizlər və müvafiq müalicədən keçmək üçün xəstəxanaya yerləşdirilib", - klubun açıqlamasında deyilir.

Milli.Az