Durov təhlükə ehtimalına qarşı planını açıqladı

19 İyun 2025 22:56

"Telegram"ın təsisçisi Pavel Durov öz təhlükəsizliyi ilə bağlı risklərə görə vəsiyyət tərtib etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, "Le Point" nəşrinə müsahibəsində bildirib ki, hər hansı fövqəladə vəziyyətdə messencerin idarəçiliyini qeyri-kommersiya fondu davam etdirəcək.

Durov həmçinin qeyd edib ki, uşaqları onun sərvətinə yalnız 30 ildən sonra çıxış əldə edə biləcəklər. Onun sözlərinə görə, üç qadından altı rəsmi övladı və sperma donorluğu vasitəsilə 12 ölkədə yüzdən çox uşağı var.

Hazırda "Telegram"ın 100%-i Durova məxsusdur. "Forbes" jurnalı onun sərvətini 17,1 milyard dollar dəyərində qiymətləndirir.

Asya
Milli.Az