Prezident Türkiyəyə işgüzar səfərə gedib - VİDEO - FOTO

19 İyun 2025 15:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Milli.Az