“Fənərbağça” "Real Madrid"in ulduzunu transfer edir

19 İyun 2025 14:48

İspaniyanın "Real Madrid" klubunun kapitanı Lukas Vaskesin yeni iş yeri bəlli olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirməyə qərar verib.

İstanbul təmsilçisi "Fənərbağça" futbolçu ilə razılaşıb.

33 yaşlı oyunçu klublararası dünya çempionatından sonra İstanbula gələcək. 

Qeyd edək ki, 18 ildir Kral klubunun şərəfini qoruyan Vaskesi "Sarı-lacivərd"lilər transfer haqqı ödəmədən heyətinə qatacaqlar.

Hüseyn
Milli.Az