Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
Məlumata görə, səfirlik binası ziyan görməyib, diplomatik missiya fəaliyyətini davam etdirir.
Bildirilib ki, yaranmış təhlükəli vəziyyətə baxmayaraq, nümayəndəlik xüsusi şərtlər altında işini davam etdirir:
"Bu gün Gürcüstan səfirliyinin yerləşdiyi binanın yaxınlığında mərmi düşüb. Xoşbəxtlikdən səfirliyə ziyan dəyməyib. Missiya yerli hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş bütün təhlükəsizlik protokollarına əməl edir və fəaliyyətini davam etdirir" .
Eyni zamanda, səfirlik İsraildə yaşayan Gürcüstan vətəndaşlarını təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Fidan
Milli.Az