Sumqayıtda fabrik YANIR

19 İyun 2025 11:52

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Milli.Az