Bu gün 4 min 330 müəllim sertifikasiyadan keçəcək

19 İyun 2025 12:07

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, 19 iyun tarixində keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.

Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.

Milli.Az