İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.
Milli.az xəbər verir ki, bu barədə o özünün X hesabında paylaşım edib.
"Bu səhər İranın terrorçu tiranları Beer-Şeva şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik", - Netanyahu vurğulayıb.
Milli.Az