İtkin şəhidimiz Tovuzda dəfn ediləcək

19 İyun 2025 10:12

Sabah daha bir Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Qeyd edilib ki, Ələsgərov Fuad Cəfər oğlu Tovuz rayonu, Ağbaşlar kənd qəbiristanlığında dəfn ediləcək.

Milli.Az