İran İsraildə xəstəxananı vurdu - VİDEO

19 İyun 2025 10:04

İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasına İrana məxsus raket zərbəsi endirilib.

Milli.Az xəbər verir ki, "SHOT" teleqram kanalının yaydığı məlumata görə, raketlərdən biri birbaşa xəstəxana binasının üzərinə düşüb. Kanalın paylaşdığı görüntülərdə hadisənin ilk anları və dağıntının miqyası aydın şəkildə görünür.

Hadisə ilə bağlı digər mənbə olan "Mash" teleqram kanalı isə zərbə nəticəsində 9 nəfərin xəsarət aldığını bildirib.

Xatırladaq ki, bu səhər İsrail Müdafiə Ordusu İran tərəfindən ölkə ərazisinə təxminən 20 raket buraxıldığını açıqlayıb. Ordunun məlumatına əsasən, raketlərin əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Kənan
Milli.Az