"ABŞ İrana zərbə endirəcək" - Bu tarixdə...

19 İyun 2025 09:41

ABŞ-nin yüksək vəzifəli rəsmiləri yaxın günlərdə İrana hərbi zərbə endirməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, mümkün hücum 21 və ya 22 iyun tarixlərində baş tuta bilər. Lakin vəziyyətin dinamikliyi səbəbilə planların dəyişməsi də istisna edilmir.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İran-İsrail qarşıdurmasına münasibəti son günlər Respublikaçı tərəfdaşlarının təzyiqi fonunda ciddi şəkildə dəyişib.

Milli.Az