Yaponiyada güclü zəlzələ baş verdi

19 İyun 2025 09:33

Zəlzələ Sakit okeanın dibi altında, Yaponiyanın Hokkaydo adasının şimal-şərq sahillərində baş verib.

Milli.Az xəbər verir ki, yeraltı təkanların maqnitudası 6,1 bal olub.

Yaponiyanın Meteorologiya İdarəsinin - eyni zamanda ölkənin seysmoloji xidməti funksiyasını yerinə yetirən qurumun məlumatına görə, sunami təhlükəsi yoxdur.

Milli.Az