Mahir Emrelinin yeni klubu açıqlandı

19 İyun 2025 00:48

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu bəlli olub.

Milli.Az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya II Bundesliqasında çıxış edən "Kayzerslauten"lə anlaşıb.

Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahirin son klubu eyni liqada çıxış edən "Nürnberq" olub.

Milli.Az