Gəncədə faciə - yeniyetmə qız yandı

18 İyun 2025 19:29

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az