Tramp: İran danışıqlar üçün müraciət etdi

18 İyun 2025 19:27

"İran danışıqlar üçün bizə müraciət etdi. Ağ Evə gəlmək istəyiblər".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

ABŞ lideri bununla belə, danışıqlar üçün gec olmadığını da qeyd edib.

Tramp İranın hava hücumundan müdafiə vasitələrindən tamamilə məhrum olduqlarını vurğulayıb.

"ABŞ-ın İrana hücum edib-etməyəcəyini deyə bilmərəm", - Tramp vurğulayıb.

 

Milli.Az