Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır

18 İyun 2025 18:22

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.

Məhərrəm ayı ilk günü iyunun 26-na təsadüf edir. İyulun 26-sı məhərrəm ayının son günüdür. Daha sonra səfər ayı başlayır.

Bu il Aşura günü iyulun 5-nə, Ərbəin günü (İmamın qırıxı mərasimi) avqustun 14-nə təsadüf edəcək.

Milli.Az