İstanbul təmsilçisi "Qalatasaray" İngiltərənin "Nyukasl" klubunun hücumçusu Aleksandr İsakı heyətinə cəlb etmək istəyir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox Avropa nəhənglərinin diqqətini çəkən futbolçu üçün müqavilə ilə məxsus olduğu komanda yüksək transfer məbləği tələb edir.
Bu isə "Cim-bom" üçün isveçli oyunçunun keçidini daha da çətinləşdirir.
Onun "Nyukasl"la 2028-ci ilin yayına qədər müqaviləsi olan 25 yaşlı İsak ötən mövsüm 42 oyunda 27 qolla fərqlənməyi bacarıb.
Hüseyn
Milli.Az