Bir müddət əvvəl estetik əməliyyatlarına çəkdiyi xərclərlə gündəmə gələn türkiyəli fenomen Danla Bilic yeni açıqlaması ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə saatı ilə diqqətləri üzərinə çəkib.
Danlanın verilişdə qoluna taxdığı saatın qiyməti məlum olub. O bunun üçün 150 min dollarından (255 min manat) keçdiyini bildirilib.
Qeyd edək ki, saat 18 əyyar qızıl detalları olan "Patek Philippe Nautilus" modelidir.
Hüseyn
Milli.Az