İranın zərbələri nəticəsində bir gecədə 90-dan çox insan yaralandı

18 İyun 2025 10:55

İranın 17-dən 18-nə keçən gecə İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 90-dan çox insan xəsarət alıb.

Milli.Az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəxanalara ümumilikdə 94 nəfər yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti orta-ağır, 85 nəfərin vəziyyəti qənaətbəxşdir, 3 nəfərə təşviş pozuntusu diaqnozu qoyulub. Daha 5 nəfər tibbi müayinədən keçirilir.

Qeyd edək ki, iyunun 13-də İsrail İrana hava zərbələri endirmiş, nəticədə yüksək rütbəli hərbçilər və nüvə alimləri həlak olmuşdu. Eyni günün axşamı İran "Həqiqi Vəd III Əməliyyatı" çərçivəsində İsrailə cavab hücumu həyata keçirib.

Milli.Az