Dünyaca məşhur aparıcı vəfat etdi - FOTO

17 İyun 2025 16:18

Televiziya dünyasının sevilən simalarından biri olan Kim Vudbern 83 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, məlumata görə, tanınmış aparıcı qısamüddətli xəstəlikdən sonra bazar ertəsi günü vəfat edib. Ailəsi başsağlığı və ehtiramla yanaşmağı xahiş edərək gizlilik tələb edib.

Kim Vudbern İngiltərədə yayımlanan "How Clean Is Your House?" ("Eviniz Nə Dərəcədə Təmizdir?") proqramı ilə tanınıb. Proqramda o, təmizlik üzrə mütəxəssis Aggie MacKenzie ilə birlikdə evlərə baş çəkir, izləyicilərə təmizlik tövsiyələri verir və gigiyena ilə bağlı maarifləndirici məqamları paylaşırdı.

Bundan başqa, Vudbern realiti-şou çıxışları ilə də yadda qalıb.
2009-cu ildə yayımlanan "I'm a Celebrity... Get Me Out of Here!" yarışmasında iştirak edərək ikinci yeri tutmuşdu.

2017-ci ildə isə "Celebrity Big Brother" verilişində yer alaraq üçüncü olmuşdu.

Fidan
Milli.Az