Məşhur müğənninin oğlu narkotikə görə xəstəxanalıq oldu

17 İyun 2025 16:44

Məşhur amerikalı müğənni Şerin oğlu xəstəxanalıq olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun həddindən artıq dozada narkotik qəbuluna görə vəziyyəti ağırlaşıb.

48 yaşlı Elayc Blyu Ollman iyunun 14-də səhər saatlarında Kaliforniyada xəstəxanaya yerləşdirilib. 

Qeyd olunub ki, Ollman ciddi həkim nəzarətindədir. Möcüzə nəticəsində sağ qalan oğluna görə müğənni Şer çox narahatdır. 

Digər mənbə görə, Şerin oğlunu polislər xəstəxanaya çatdırıb. Onlar özünü qeyri-normal aparan Ollmanın evə gəliblər. Onun üzərindən narkotik tapıblar və xəstəxanaya aparılıb.

Elayc Blyu Ollman özü əvvəllər narkotik aludəçisi olduğunu etiraf etmişdi. Onun 11 yaşında psixotrop maddələrlə tanış olması hər kəsi şoka salmışdı. O, ilk dəfə deyil ki, həddindən artıq dozada narkotik qəbul edir.

Musa
Milli.Az