Ali Koçun Bakı səfərinin səbəbi açıqlandı

17 İyun 2025 17:18

"Fənərbağça" klubunun prezidenti Ali Koç Bakıya gəlib.

Milli.Az xəbər verir ki, iş adamı olan Ali Koç axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda görünüb.

KİV-in məlumatına görə, "Fənərbağça" klubunun prezidenti Ali Koç şəxsi biznes məsələlərinə görə Bakıya səfər edib.

58 yaşlı iş adamı bununla bağlı bir sıra görüşlər keçirib.

Qeyd edək ki, Ali Koç "Koç Holdinq"in idarəetmə heyətinin sədr müavinidir.

Milli.Az