Sertifikatlaşma rəqabəti yer uğrunda deyil, keyfiyyət uğrundadır - Vəfa Yaqublu

17 İyun 2025 16:39

"Sertifikatlaşma təhsilin maraqlı tərəflərinin mənafeyinə xidmət edir, əsas fiqur şagirddir. Şagird istəyir ki, müəllim dərsi tamaşaya çevirsin, onu yormadan onunla birlikdə addımlasın".

Milli.Az xəbər verir ki, bu sözləri 2025-ci ilde keçirilacak müellimlarin sertifikatlaşdırma prosesi ile baglı təşkil olunan brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. 

O bildirib ki, digər əsas  tərəf valideyndir ki, onlar istəyir ki, övladları ilə savadlı müəllimlər işləsin ki, onların əlavə yükü yaranmasın:

"Sertifikatlaşmada əsas yük müəllimdir. Əgər sertifikatlaşmaya qədər eyni bazada olmayan müəllim eyni maaş alırdısa, bu, artıq belə deyil. Sertifikatlaşdırmadan keçməyən müəllim əvvəlki maaşını alacaq. Bütün sahələrdə işçilərin arzusu budur ki, onların əməyi qiymətləndirilsin. Bu da sağlam rəqabət yaradır".

O qeyd edib ki,sertifikasiyada reytinq limiti yoxdur, biz maraqlıyıq ki, bütün müəllimlər 51+ toplasın, hamısının maaşına 35% əlavə edilsin. Burada yer üzərində mübarizə getmir.

Aysel Əkbər
Milli.Az