İsrail dediyini etdi - İran televiziyası canlı yayımda belə vuruldu - Ölənlər var - VİDEO

17 İyun 2025 09:21

İsrailin hava hərbi hücumları nəticəsində İranın Teleradio Təşkilatının Televiziya Yayım Binası vurulub.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində İranın dövlət televiziya və radio şirkəti (IRIB) əməkdaşlarından 3 nəfər həlak olub.

İsrailin hücumu nəticəsində yayımla əlaqə bir neçə dəqiqəliyinə kəsilib.

İran Teleradio Təşkilatının ictimaiyyətlə əlaqədar mətbuat xidməti hər hansı problem baş verdikdə vilayət telekanalları və yaxud internet vasitəsi ilə İran televiziyasını izləməyin mümkün olduğunu bildirib.

Hücum anı canlı yayımda lentə alınıb.

Fidan
Milli.Az