"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir

17 İyun 2025 08:08

"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.

Milli.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib.

Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 qolun ötürməsini edib. Onun "mersisaydlılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.

Xatırladaq ki, "Real Madrid" daha öncə "Liverpul"un sabiq futbolçusu Trent Aleksandr-Arnoldu azad agent olaraq transfer etmişdi.

Milli.Az