İran yaxın saatlarda İsrailə cavab verəcək

16 İyun 2025 23:00

İran silahlı qüvvələri yaxın saatlarda İsrailin ərazisinə hücumlarına sarsıdıcı cavab verməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Məlumata görə, bir çox hərbi mərkəzlər, o cümlədən "İrana qarşı təcavüzdə əsas rol oynamış" Ramat David aviabazası vurulacaq.

 

Milli.Az