“Neftçi” hücumçusunu göndərdi

16 İyun 2025 21:12

"Neftçi"də ayrılıq gerçəkləşib.

Milli.Az xəbər verir ki, Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

 

Milli.Az