Şıx çimərliyində boğulan gənclərin FOTOsu

15 İyun 2025 22:45

22:45

Şıx çimərliyində boğularaq ölən iki şəxsin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən həmin fotoları təqdim edir:

Qeyd edək ki, 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev Şəki, 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayev isə Cəlilabad rayon sakinidir.

-------------
18:55

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az