Hidayət Heydərov dünya çempionatında ilk görüşdə uduzdu

15 İyun 2025 15:37

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Milli.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin lideri tatamiyə çıxıb.

Hidayət Heydərov ilk qarşılaşmasını keçirib. O, Portuqaliya təmsilçisi Otari Kvantidze ilə bacarmayıb.

Milli.Az