Yeniyetmə dənizdə boğuldu

14 İyun 2025 18:04

Lənkəranda yeniyetmə dənizdə boğulub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində baş verib.

Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Milli.Az