Rusiya Azərbaycana təşəkkür etdi

14 İyun 2025 14:34

Rusiya İsrailin hücumu zamanı İranda olan Rusiya vətəndaşlarının vətənlərinə qaytarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirir.

Milli.Az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadla xəbər verir.

"Vətəndaşlarımızın Azərbaycan-İran sərhədindən Bakıya daşınmalarının təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", - deyə XİN-in məlumatında bildirilir. /Oxu.Az

Milli.Az