Ermənistanın ikinci prezident Robert Köçəryan Baş nazir Nikol Paşinyana və parlamentin spikeri Alen Simonyana qarşı iki mülki iddia qaldırıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Köçəryan təhqir və böhtana görə Simonyandan 9 milyon dram (təxminən 22,5 min dollar), Paşinyandan 6 milyon dram (15 min dollar) təzminat tələb edir.
Məhkəmənin vaxtı açıqlanmayıb.
Milli.Az