İrandan 6 Qazaxıstan vətəndaşı ölkəmizə keçdi

14 İyun 2025 09:01

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Milli.Az xəbər verir ki, İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir. /Report

Milli.Az