İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei xalqa müraciət edib.
Müraciətində o, İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatı kəskin tənqid edib.
Xamenei bildirib ki, İsrailin bu addımı cavabsız qalmayacaq və İran xalqı bundan əmin ola bilər.
"İsrail bu cinayətdən zərərsiz xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu sahə diqqətdən kənarda qalmayacaq. Silahlı qüvvələr güclə hərəkət edəcək və sionist rejimini bədbəxt edəcəklər", - deyə o, vurğulayıb.
Milli.Az