Şəmkirdə suda boğulan sevgililərin FOTOsu - yenilənib

14 İyun 2025 20:55

20:55

Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər. Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib. Bu zaman gənc qız suda boğulub. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.

Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal FHN-ə məlumat verib. Əraziyə məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.

Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

----------
13 iyun


Şəmkir rayonunda suda iki nəfər boğulub.  

Milli.Az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, su kanalında batan şəxslərdən biri qadındır. Hadisə yerinə xilasedicilər cəlb olunub. Batan şəxslərin nəşi çıxarılır.

FHN-dən bildirilib ki, nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə suda boğulanlar 2004-cü il təvəllüdlü İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənovadır.

Milli.Az