Xəbər verdiyimiz kimi, Hindistandan Londona yola düşən "Air India" şirkətinə məxsus AI171 saylı uçuş faciə ilə nəticələnib. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Qəza nəticəsində Londonda yaşayan həkim Pratik Coşi, həyat yoldaşı və üç övladı ilə birlikdə həyatını itirib.
Pratik Coşi son altı ildə Londonda çalışırdı və ailəsini də yanına aparmaq üçün uzun müddətdir çalışırdı. Nəhayət, viza və yaşayış icazəsi məsələlərini uğurla tamamlayan ailə, birlikdə yeni həyata başlamağa hazırlaşırdı.
Uçuşdan əvvəl ailə birlikdə selfi çəkib bu anı əbədiləşdirib. Həmin foto sosial şəbəkələrdə "son selfi", "smiling selfie" kimi başlıqlarla paylaşılaraq qısa zamanda virallaşıb.
Milli.Az xəbər verir ki, İT mütəxəssisi Fərid Pərdəşünas sosial media hesabında bu faciəni belə qeyd edib:
"Həyat bəzən çox qəddar davranır. Yeni bir başlanğıc bəzən elə son olur. "Air India" AI171 qəzasında həyatını itirənlərə hörmətlə... Allah rəhmət eləsin".
Hadisə ilə bağlı araşdırma aparılır.
Kənan
Milli.Az