"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Opera Forumu"
keçirilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ölkəmizdə ilk dəfə təqdim etdiyi "Opera
Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Opera Forumu" keçirilib.
Azərbaycan Bəstəkarlar İttiqfaqının üzvlərinin iştirakı ilə baş tutan Forumda sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı "Azərbaycan opera sənətinin
inkişafı", sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Leyla Zöhrabova "Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan "Koroğlu"ya gedən yol", sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva "Firəngiz Əlizadənin "İntizar" operasında
vətənpərvərliyin tərənnümü", Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş
dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev "Opera sənətində
dirijorluq ənənələri" adlı məruzələrlə çıxış ediblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Milli Xalça Muzeyinin birgə
təşkilatçılığı ilə baş tutan "Opera Forumu"nda fikir mübadilələri və maraqlı müzakirələr aparılıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az